Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri apellyasiya şikayəti veribbackend

Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri apellyasiya şikayəti verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

N.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.