Vüqar Səfərlinin məhkəməsindən XƏBƏR VARbackend

Vüqar Səfərlinin məhkəməsindən XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli apelyasiya şikayətiüzrə bu gün keçirilməli olan məhkəmə iclası baş tutmayıb.

NOCOMMENT-in xəbərinə görə, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi proses yanvarın 26-na təxirə salınıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.

V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də təmin edilməyib. Şikayət Binəqədi Rayon Məhkəməsinin həmin qərarından verilib.

V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.