Vüqar Səfərlinin növbəti məhkəmə prosesi baş tutubbackend

Vüqar Səfərlinin növbəti məhkəmə prosesi baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə Vüqar Səfərlinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.

V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də, təmin edilməyib. Şikayət Binəqədi Rayon Məhkəməsinin həmin qərarından verilib.