Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardıbackend

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.

Qeyd edək ki, Aqil Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

QSC-dən saytımıza bildirilib ki, Aqil Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatıradaq ki, son aylar Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan xeyli sayda vəzifəli şəxs bir neçə ay qurumda çalışdıqdan sonra öz istəyi ilə vəzifələrindən azad olunublar.