Vyanada təhlükəsizlik tədbirləri gücləndirildi – SƏBƏBbackend

Vyanada təhlükəsizlik tədbirləri gücləndirildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın paytaxtı Vyanada “kilsələrə hücum təhlükəsi” ilə əlaqədar şəhərin mühüm nöqtələrində sıx təhlükəsizlik tədbirləri görülüb.

NOCOMMENT xəbər verir ki, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi hücum təhlükəsi ilə bağlı ipuçlarının əldə edildiyi və Vyananın əsas nöqtələrində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə görüldüyü barədə məlumat paylaşıb.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsində hücumun ekstremist qruplar tərəfindən planlaşdırıldığına dair ipuçları var və hadisələrin inkişafı ilə bağlı vətəndaşlara məlumat veriləcək.