Vyetnam hakimiyyət orqanları telekommunikasiya operatorlarından platforma vasitəsilə törədilən cinayətlərə qarşı mübarizədə əməkdaşlıqdan imtina etdikləri üçün Telegram messencerini bloklamağı tələb ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vyetnam Telekommunikasiya Agentliyi ölkənin Daxili İşlər Nazirliyinin kibertəhlükəsizlik departamentinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölkədəki 9600 Telegram kanalı və qrupunun 68 faizində qanunsuz məzmun var. Qanun pozuntularına fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və şəxsi məlumatların sızması daxildir.
Yerli qanunvericiliyə əsasən, beynəlxalq xidmətlər sorğu əsasında istifadəçi məlumatlarını təqdim etməli və qadağan olunmuş məzmunu silməlidir; imtina edildiyi halda, giriş bloklana bilər. Telegram, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu tələblərə cavab vermir.