Vyetnam tarixində ən böyük fırıldaqçılıq baş verib.
NOCOMMENT.az xəbər verir ki, “Van Thinh Phat” qrupuna rəhbərlik edən 68 yaşlı iş adamı Truong My Lanh 12,46 milyard dollar məbləğində dələduzluqda təqsirli bilinib. Dekabrın 3-də Ho Chi Minh Şəhər Məhkəməsi qadını ölüm hökmünə məhkum edib. Truong My Lanhın məhkəməsi 2024-cü ilin martında başlayıb. O, özgə əmlakını ələ keçirtmə, rüşvət alma və kredit vermə qaydalarını pozmaqda ittiham olunub.