Welt: Almaniya Ukraynanın uzun mənzilli PUA-larını maliyyələşdirəcəkbackend

Welt: Almaniya Ukraynanın uzun mənzilli PUA-larını maliyyələşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarını maliyyələşdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən Welt qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, mayın əvvəlində Ukrayna Almaniya Müdafiə Nazirliyindən Rusiyadakı hədəflərə zərbələr endirmək üçün pilotsuz təyyarələrin maliyyələşdirilməsini xahiş edib. Almaniya rəsmilərinin təklifi bəyəndiyi iddia edilir.

Bir gün əvvəl Almaniya kansleri Fridrix Merz demişdi ki, Almaniya öz uzaqmənzilli silahlarını inkişaf etdirməkdə Ukraynaya dəstək verəcək.