“WhatsApp”a mesaj redaktə funksiyası gəldibackend

“WhatsApp”a mesaj redaktə funksiyası gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta” istifadəçilərin “WhatsApp” vasitəsilə göndərdikləri mesajları 15 dəqiqə ərzində redaktə edə biləcəklərini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yeni funksiya ilə istifadəçilər göndərdikləri mesajın üzərinə basaraq “redaktə et” seçimi ilə 15 dəqiqə ərzində dəyişiklik edə biləcəklər.

Redaktə edilmiş mesajlar “redaktə edilmiş” kimi qeyd olunacaq, lakin mesaj göndərilən kontaktlar redaktə tarixçəsini görə bilməyəcəklər.

Mesajlar və redaktələr ucdan uca şifrələmə ilə qorunacaq. Bu funksiya artıq bütün dünyada mövcuddur və yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.

NOCOMMENT.AZ