“WhatsApp” AB qaydalarına əməl etməyə razılaşdıbackend

“WhatsApp” AB qaydalarına əməl etməyə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” istifadəçiləri daha yaxşı məlumatlandıracaq və müqavilə yeniləmələri ilə bağlı istifadəçilərin seçimlərinə hörmətlə yanaşacaq.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) “WhatsApp”ın mobil mesajlaşma və zəng proqramı xidmət şərtlərinə edilən dəyişikliklərlə bağlı daha şəffaf olmağa qərarlı olduğunu bildirib.

AB Komissiyası üzv dövlətlərin istehlakçı qurumları ilə WhatsApp arasındakı dialoqdan sonra tətbiqin istifadəçiləri daha yaxşı məlumatlandırmaq və müqavilə yeniləmələri ilə bağlı istifadəçilərin seçimlərinə hörmətlə yanaşmağa razılaşdığını açıqlayıb.

Açıqlamada WhatsApp istifadəçilərin şəxsi məlumatlarından reklam və ya digər məqsədlər üçün “Facebook” daxil digər Meta şirkətləri və ya üçüncü tərəflərlə paylaşmayacağı qeyd edilib.

NOCOMMENT.AZ