“WhatsApp”da artıq “Mesajını görməmişəm” dövrü başa çatırbackend

“WhatsApp”da artıq “Mesajını görməmişəm” dövrü başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən məşhur ani mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-a yeni xüsusiyyətin gələcəyi məlum olub. Tətbiqin “2.24.9.14” kodlu Android beta versiyasında mövcud olan bu yeni xüsusiyyət yenicə onlayn olan istifadəçilərin adlarını göstərəcək.

NOCOMMENT.az technote.az-a istinadən xəbər verir ki, WhatsApp-ın yeni xüsusiyyəti çox sadə iş prinsipinə sahib olacaq. Belə ki, tətbiqə daxil olduqda, son vaxtlar WhatsApp-da aktiv olan insanların kiçik siyahısını görmək mümkün olacaq.

Kontaktlar siyahısının bir hissəsi kimi görünən xüsusiyyət, kiminləsə tez bir zamanda əlaqə saxlamaq lazım gəldikdə işə düşəcək. Əgər həmin şəxs WhatsApp-da aktivdirsə, o, siyahının yuxarı hissəsində göstəriləcək. Beləliklə, istifadəçinin son görünmə vaxtını yoxlamaq ehtiyacı aradan qalxacaq.

WhatsApp bu xüsusiyyət barədə heç bir açıqlama verməsə də, artıq tətbiqin test mərhələsinin bitdiyini vurğulamaq lazımdır. Vəziyyət belə olduğu halda bu xüsusiyyətin yaxın zamanlarda bütün istifadəçilər üçün əlçatan olacağı görünür.