“WhatsApp”da MÖHTƏŞƏM YENİLİK: Mesajlarla bağlı ƏLA FUNKSİYA GƏLİR – FOTObackend

“WhatsApp”da MÖHTƏŞƏM YENİLİK: Mesajlarla bağlı ƏLA FUNKSİYA GƏLİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”da istifadəçilər üçün möhtəşəm yeniliklər gəlir. Belə ki, artıq digər tətbiqlərdən gələn ismarışları burdan da oxumaq mümkün olacaq.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilir ki, beta versiyasının istifadəçiləri “WhatsApp”da mesencerin “Telegram” və digər xidmətlərlə əlaqələndirilməsi bölməsini aşkarlayıblar.

“2.24.6.2 nömrəsi altında “Third-party chats” (Üçüncü tərəf çatları) adlı menyu aşkar edilib”, – deyə xəbərdə bildirilir.

Məlumata görə, bölmədə iki düymə görünüb: “Söndürmək” və “Seçilmiş proqramlar”.
O da vurğulanır ki, “WhatsApp” üçüncü tərəfin çatlarını birləşdirməyəcək – gələn mesajlar ayrıca siyahıda göstəriləcək.

Yeniliyin nə vaxt hər kəs üçün əlçatan olacağı açıqlanmayıb.