Vatsap istifadəçiləri artıq proqram daxilində dili dəyişmək imkanına malikdirlər.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, “WhatsApp” administrasiyası messencerin dilini birbaşa tətbiqdə dəyişmək imkanını xidmətə əlavə edib.
Bunun üçün vatsap parametrlərinə keçərək, “tətbiq dili” bölməsinə keçid edərək lazım olan dili seçmək lazımdır.
Əvvəllər bu funksiya yalnız Hindistan kimi bəzi ölkələrin beta testçiləri üçün əlçatan idi.
İndi messencer parametrlərində tətbiq dilinin dəyişdirilməsi bütün ölkələrin beta testçiləri üçün əlçatandır. Bütün “WhatsApp” istifadəçilərinin ondan nə vaxt istifadə edə biləcəyi hələlik məlum deyil.