“WhatsApp”dan çox vacib bir yenilikbackend

“WhatsApp”dan çox vacib bir yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” məxfiliklə bağlı daha bir yenilik təqdim edib.

NOCOMMENT.az Trend.az-a istinadən xəbər verir ki, artıq messencerdə istifadəçilərin profil şəkillərinin skrinşotunu çəkməyə cəhd edənlər bloklanacaq.

“WABetaInfo” tərəfindən paylaşılan skrinşota görə, istifadəçilər bir şəxsin profil şəklinin skrinşotunu çəkməyə çalışarkən tətbiq tərəfindən bloklandıqlarını bildirən xəbərdarlıq mesajı ilə qarşılaşacaqlar.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.