“WhatsApp”dan yeni funksiya: Lazımsız qruplar silinəcək!backend

“WhatsApp”dan yeni funksiya: Lazımsız qruplar silinəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köhnə qruplardan qurtulmaq üçün yeni həll yoluna girən “WhatsApp” istifadəçilərin yaratdığı qruplar üçün bir növ son istifadə tarixi təyin etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, “Müddəti bitən qruplar” adlanan bu xüsusiyyət bir çox insanı istifadə olunmayan qruplardan xilas edəcək.

Belə ki, “WhatsApp” İOS beta versiyasında sınaqdan keçirilən bu funksiya yaradılmış qruplar üçün bir həftə, bir gün və ya fərdi tarix seçimi yaratmağı istəyəcək.

Son istifadə tarixi gəldikdə isə qrup bütün istifadəçilərdən silinəcək.

Qrupdan uzun müddət istifadə etmək istədiyiniz təqdirdə son istifadə tarixi xüsusiyyətini söndürə biləcəksiniz.

NOCOMMENT.AZ