“WhatsApp”dan YENİLİK – Süni intellekt funksiyasıbackend

“WhatsApp”dan YENİLİK – Süni intellekt funksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” messenceri biznes hesablarının idarə edilməsi üçün süni intellektə (AI) əsaslanan köməkçi təqdim edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Meta”nın təsisçisi Mark Zukerberq bildirib.

Milyarderin sözlərinə görə, messencer müxtəlif tapşırıqlar, o cümlədən biznes üçün bir neçə süni intellekt sistemini işə salacaq. Neyroşəbəkə müştərilərlə danışan, müşayiət edən və kommersiya fəaliyyəti quran vasitəçi kimi çıxış edəcək.

Nəşr aydınlaşdırır ki, biznes istifadəçiləri “Facebook” və “Instagram” sosial şəbəkələrində reklam üçün süni intellekt sistemlərindən istifadə edə biləcəklər. Süni intellekt həmçinin alınan suallara avtomatik cavab verə biləcək.