“WikiLeaks”in qurucusu azadlığa buraxılıbbackend

“WikiLeaks”in qurucusu azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Saypan adasındakı Federal Dairə Məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assanjın Britaniya həbsxanasında yatdığı müddətə hökm çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, Assanj məhkəmə zalını sərbəst tərk edə bilər, 14 illik hüquqi mübarizə başa çatıb.

Xatırladaq ki, o, 2019-cu ildən bəri Böyük Britaniyadakı ciddi rejimli Belmarş həbsxanasında saxlanılıb. Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra orada yerləşdirilib. Vaşinqton beş ildən çoxdur ki, onun Londondan ABŞ-yə ekstradisiyasını istəyir.

Lakin Assanjın müdafiəsi bunun qarşısını almaq üçün yeni cəhdlər edib. ABŞ-də Assanj Amerika tarixinin ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur.