Avropa İttifaqı Ukrayna ərazisinə 25-30 min hərbi qulluqçunun yerləşdirilməsi planını müzakirə edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.
“Avropa planlamasının ən son iterasiyası təmas xətti boyunca yerləşdirilməyəcək, lakin güc nümayiş etdirməyə hazır olan bir neçə briqadadan, bəlkə də 25,000-30,000 əsgərdən ibarət “sakitləşdirmə” və ya “çəkindirici” qüvvələri nəzərdə tutur”, – məlumatda bildirilir.
Qəzet qeyd edir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası “Moskva ilə birbaşa danışıqlara doğru sürətlə irəlilədiyi üçün” Ukraynaya qoşun yeritmək perspektivi Avropa liderləri arasında “sürət qazanır”.
WP-nin məlumatına görə, Fransa təxminən 10.000 əsgər göndərə bilər.