WP: Rutte Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandırmaq niyyətindədirbackend

WP: Rutte Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandırmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte yaxın vaxtlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandırmaq üçün onun Mar-a-Laqodakı iqamətgahına baş çəkəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post alman rəsmilərinə istinadən məlumat yayıb.

“Ruttenin mesajı ondan ibarət olacaq ki, Tramp və Avropanın maraqlarına Rusiyanın təcavüzündən çəkindirən və Ukrayna üçün davamlı təhlükəsizlik təminatları verə bilən “ədalətli və davamlı sülh” təmin edilir”, – məlumatda bildirilir.

Nəşr yazır ki, NATO-nun baş katibi Trampla söhbətində qeyd etmək niyyətindədir ki, Ukrayna münaqişəsi kontekstində Rusiyaya güzəştlər Qərb üçün qəbuledilməzdir, çünki “pis razılaşma Trampa ziyan vuracaq”.