ABŞ Milli Kəşfiyyat Xidməti artıq hazırkı vəziyyətlə bağlı hesabatları yeni seçilmiş prezident Donald Trampa ötürməyə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post mənbələrə istinadən məlumat yayıb.
“Seçkidən az sonra ona Milli Kəşfiyyat Direktorluğundan hesabatlar gəlməyə başladı”, – materialda deyilir.
İdarənin özü jurnalistlərə bildirib ki, ölkənin seçilmiş rəhbərinə lazımi məlumatların verilməsi 1952-ci ildən bəri davam edən ənənədir.
Lakin Trampın komandası vəziyyətlə bağlı hələlik şərh verməyib.