Ukrayna hakimiyyəti başa düşür ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlişi ilə münaqişə ilə bağlı vəziyyət dəyişəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
“Zelenski administrasiyası Trampın dövründə vəziyyətin dəyişəcəyini anlayır”, – ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bildirib.
Qeyd olunur ki, bundan əvvəl Kiyev rejiminin lideri bəyan etmişdi ki, Ukrayna NATO-ya daxil olarsa, münaqişənin qaynar mərhələsi başa çata bilər.