ABŞ-ın Meksika mallarına rüsumları artırması iki ölkə arasında münasibətlərə xələl gətirə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazır.
“İqtisadiyyatınızı məhv edərsə, əməkdaşlığı davam etdirmək olarmı? Siyasi nöqteyi-nəzərdən sizin (ölkənizi. — Gazeta.Ru) tənəzzülə aparan administrasiyanın müttəfiqi olaraq qalmaq mümkün deyil”, – nəşr yazır.
Qeyd olunur ki, Meksika ixracatının 80%-i ABŞ-a gedir. Meksika hakimiyyəti narkotik ticarəti və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Amerikanın tələblərini yerinə yetirməyə çalışır. Bununla belə, ABŞ prezidenti Donald Tramp Meksikadan gələn mallara 25 faizlik rüsum tətbiq etmək planlarından əl çəkmir.