Tehran ABŞ-ın Fars körfəzi və Yaxın Şərqdəki müttəfiqlərinin ərazisi və ya hava məkanından İrana hücum etmək üçün istifadə ediləcəyi təqdirdə onlara zərbə endirməklə hədələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“The Wall Street Journal” ərəb ölkələrinin adı açıqlanmayan rəsmilərinə istinadən yazır ki, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər belə xəbərdarlıqlar alıb.
Nəşrin məlumatına görə, bu dövlətlərin nümayəndələri İrana qarşı hər hansı aqressiv hərəkətə görə ABŞ və İsrailə öz hərbi infrastrukturunu və ya hava məkanını vermək istəmədikləri barədə Ağ Evə məlumat veriblər.