“X” sosial platforması İran hökumətinə məhdudiyyət qoydubackend

“X” sosial platforması İran hökumətinə məhdudiyyət qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“X” İranın hökumət mediasına məhdudiyyətlər qoyub.

NOCOMMENT.az xəbər verir ki, “X” sosial platforması İran hökumətinə bağlı Press TV, Əl-Aləm, Hispan TV, Təsnim, İRNA, Mizan kimi bir sıra media qurumlarının hesablarından mavi və qızılı təsdiq nişanlarını silib.

Məlumata görə, bu nişanların silinməsi “X”-in sanksiya tətbiq edilən qurumlara xidmət göstərməsi ilə bağlı xəbəri dərc etməsindən sonra baş verib.

İran mediası məlumatı təsdiqləyib və bunun İsrail lobbisinin basqıları nəticəsində meydana gəldiyini iddia edib.

Qeyd edək ki, adları çəkilən media qurumları ABŞ-nin sanksiyaları siyahısına salınıb.