Xaçatryan: Miqrasiya artır, qiymət bahalaşır – uçuruma gedirikbackend

Xaçatryan: Miqrasiya artır, qiymət bahalaşır – uçuruma gedirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər rəsmi dövlət məlumatlarına inansaq, iqtisadiyyat azad çöküşə davam edir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan deyib.

“Bizdə iqtisadi aktivlik göstəricimizin çöküşü, idxalın və ixracın ixtisarı, miqrasiyanın artması, qiymətlərin kəskin bahalaşması prosesi gedir. Bütün bunlar göstərir ki, iqtisadiyyat hökumətin nəzarətindən çıxıb və uçuruma doğru yuvarlanır”, – deyə o bildirib.