Xaçatryan Paşinyana İsgəndər tuşladıbackend

Xaçatryan Paşinyana İsgəndər tuşladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində Maariflənmiş Ermənistan Partiyasının millət vəkili Arkadi Xaçatryan tərəfindən baş nazir Nikol Paşinyana “İsgəndər” taktiki-əməliyyat kompleksləri ilə bağlı suallar ünvanlanıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Paşinyan sualları cavablandırmaqdan yayınıb.

Daha sonra onun müavini Tiqran Avinyan tribunaya çıxıb və bu mövzuda bütün mümkün açıqlamaların verildiyini, müzakirələr aparıldığını deyib.

O, Rusiya tərəfinin məsələyə aydınlıq gətirdiyini və problem olmadığını qeyd edib.