Bilet alanlar avtobuslara mindirilmədi – AYNA-dan Xaçmaz Avtovağzalındakı qadağaya AYNA SAYAĞI CAVABbackend

Bilet alanlar avtobuslara mindirilmədi – Xaçmaz Avtovağzalındakı qadağaya AYNA SAYAĞI CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12:35

Bayram günlərində Xaçmaz Avtovağzalından Bakı istiqaməti üzrə hərəkət edən nəqliyyat vasitələrinə bilet alan sərnişinlər avtobus sürücülərinin şok qadağası ilə qarşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, iddialara görə, sürücülər biletlə avtobusa yaxınlaşan sərnişinləri nəqliyyat vasitələrinə minməyə icazə vermiyib.

“Nağd gedişhaqqı verən sərnişinlər avtobuslara mindirilib. Onlayn bilet alanlar isə avtovağzalda, küçələrdə qalıb” – deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı Xaçmaz Avtovağzalından sorğumuza cavab ala bilmədik. Bakı Beynəlxalq Avtovağzalından bu sorğuya cavab verə bilməyəcəklərini dedilər.

Ən maraqlı cavabı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi bildirib. O, bu halla rastlaşan şəxslərin əlaqələrini istəyib: “Həmin şəxslərin əlaqə nömrələrini qeyd edin dəqiqləşdirək. Deyirlər, iddia olunur və sairə… Dəqiqləşdirmək, araşdırmaq üçün hər hansı bir kontakt  vacibdir”.