Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurdubackend

Xaçmazda 12 yaşlı yeniyetməni avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb.

Minik avtomobili yolu keçən 2009-cu il təvəllüdlü İsakov Elşad Etibar oğlunu vurub.

Azyaşlı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./report