Xaçmazda 50 insan it hücumuna məruz qaldı – VİDEObackend

Xaçmazda 50 insan it hücumuna məruz qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az-ın şimal bürosu xəbər verir ki, son bir ay ərzində Xaçmaz rayonunda 50 vətəndaş sahibsiz küçə itlərinin hücümuna məruz qalıb. Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

Son 10 gün ərzində isə Xaçmazda 30-dan çox vətəndaş it hücumuna məruz qalıb.

Zərərçəkənlərin əksəriyyəti aşığı ətrafların yüngül xəsarəti ilə canlarını qurtarsa da bəzi hallarda itlər insanları ölümcül hala sala bilib.

Bir neçə gün bundan öncə it hücumuna məruz qalan rayon sakininin aldığı zədələr isə dəhşətvericidir. İt qadının kəllə nahiyyəsini parçalayıb və həmin şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ötən həftə baş verən daha bir it hucumunun qurbanı isə 3 yaşlı qızcığaz olub. İt uşağın üz nahiyyəsini parçalayıb. Uşaq hazırda paytaxtda yerləşən səhiyyə müəissisələrinin birində müalicə alır.

Sahibsiz küçə itləri artıq Xaçmaz şəhər sakinlərinin ən gileyli problemlərindən birinə çevrilib. Məsələ ilə əlaqədar sakinlər müxtəlif dövlət qrumlarına müraciətlər də ediblər.

“Biz yetkin insanlar artıq şəhərdə itlərin əlindən rahat gəzib dolaşa bilmirik. Hər yerdə, avtovağzalda, parklarda və küçələrdə onlarla sahibsiz itlər var. Uşaqlarla şəhərə çıxmaqadan qorxuruq. Ölüdürün demirik. Amma mütləq bir carə tapmaq lazımdır”, – deyə şəhər sakini qeyd edib.

Xaçmaz rayon icra hakimiyyəti də bu məsələnin köklü həllində acizdir. Təqribən 2 ay əvvəl icra başçısı küçə itlərinin peyvəndlənməsi üçün tapşırıq verib. Amma bu, mövcud problemin aradan qaldırılması yolunda çox yetərsiz bir addımdır.

Bölgə müxbirimiz xəstəxananın təcili yardım şöbəsinin qeydiyyat dəftərində it hücümü nəticəsində xəsarət alan şəxslərin sayını lentə alıb. Qeydiyyat kitabçasına nəzər salanda vəziyyəti həqiqətən fövqəladə durum hesab etmək olar.

Cəlal Fərzəliyev
Bölgə müxbiri