Xaçmaz rayonunun Qadaşoba kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 43 yaşlı Kifayət Nadir qızı Lətifovanın kəsici alətlə qətlə yetirilməsi ilə bağlı araşdırmalar zamanı onun oğlu, 15 yaşlı E. Lətifov cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Yeniyetmə istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
19:57
Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.
Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.