Bu gün səhər saatlarında Xaçmazın mərkəzi dairəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın Şimal bürosunun məlumatına görə, “Volqa” markalı minik avtomobili Xaçmaz şəhər sakini 62 yaşlı Bahadırova Nənəxanım Murad qızını vurub.
Hadisə nəticəsində müxdəlif dərəcəli bədən xəsarətləri alan qadın Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin süpürgəçisidir.
Onu vuran sürücünün kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.