Xaçmazda dönərxanada kütləvi zəhərlənmə: bir nəfər öldübackend

Xaçmazda dönərxanada kütləvi zəhərlənmə: bir nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az Report-un Şimal bürosuna istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.