KoronaVirus İnformasiya Portalı
Xaçmazda əməliyyat: saxlanılan varbackend

Xaçmazda əməliyyat: saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, şöbəyə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb.

Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kq olan 97 ədəd narkotik tərkibli çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi 4 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.