Xaçmazda gənc oğlan dəm qazından boğularaq ölübbackend

Xaçmazda gənc oğlan dəm qazından boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.