Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar varbackend

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

NOCOMMENT.az “Report”– a istinadən bildirir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun 29-cu km-də – rayonun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Ceyhun Həsrətov “Prius”markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətdə Elman Abdulkərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb.

Qəza zamanı hər iki sürücü və sərnişin Zümrüd Abdulkərimova xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.