Xaçmazda motosikletçini avtomobil vurdubackend

Xaçmazda motosikletçini avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında Xaçmaz şəhərində motosikletçini avtomobil vurub.

NOCOMMENT.az-ın xəbər verir ki, rayon sakini Manafov Ceyhun Mövsüm oğlu özünə məxsus motosikletlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi tərəfindən vurulub.

Qəza nəticəsində Ceyhun Mövsümov ağır bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə onun vəziyyəti ağır olaraq qalır. Hələlik qəzanın baş vermə səbəbi və qəzanı törədən avtomobil sahibinin kimliyi məlum deyil.

Cəlal Fərzəliyev

Bölgə müxbiri.