Xaçmazda törədilən qətllə bağlı başlanan cinayət işi yekunlaşıbbackend

Xaçmazda törədilən qətllə bağlı başlanan cinayət işi yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 aprel 2020-ci il tarixdə Xaçmaz rayonu ərazisində rayon sakini, 1978-ci il təvəllüdlü Ceyhun Sadıqova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

NOCOMMENT.az xəbər verir ki, Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Xaçmaz rayon sakini, 1973-cü il təvəllüdlü Kamran Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ceyhun Sadıqovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.