Xaçmazda uçan körpünün yerinə inşa olunan yeni körpübackend

Xaçmazda uçan körpünün yerinə inşa olunan yeni körpü 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb.

Həmin aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb.

Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.