Rusiyanın hazırkı prezidenti Vladimir Putinin seçki saytı xaricdən kütləvi xaker hücumlarına məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, hücumların hamısı dəf edilib və indi resurs adi qaydada işləyir.
Rusiya prezidentliyinə namizəd Vladimir Putinin rəsmi saytı (https://putin2024.ru) cümə günü günortadan sonra fəaliyyətə başlayıb.
Orada namizədin seçki kampaniyası gündəliyi, onun tərcümeyi-halı, qərargahla əlaqə saxlama yolları haqqında məlumatlar var.