Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Sea Breeze İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayış binalarının tikintisinə icazə verib.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, “Sea Breeze İnvest” MMC verilən icazəyə əsasən “Park Residence II” yaşayış kompleksində 6 ədəd 7 mərtəbəli (zirzəmili) yaşayış binası inşa edəcək.
Məlumat üçün bildirək ki, “Sea Breeze İnvest” MMC Xalq artisti Emin Ağalarova məxsusdur.
Qeyd edək ki, daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Emin Ağalarova məxsus olan “Nardaran İnvest” MMC-yə “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib. “Sea Breeze” yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.