Xalq artisti Flora Kərimovanın ürəyi dayandıbackend

Xalq artisti Flora Kərimovanın ürəyi dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, müğənni yenisabah-a açıqlamasında səhhətinin pisləşdiyinin doğru olduğunu deyib.

O, hazırda vəziyyətinin normal olduğunu bildirib: “Vəziyyətim hazırda pis deyil. Sadəcə yaz ayıdır, hava dəyişir deyə əhval-ruhiyyəm də avtomatik dəyişir. Ancaq elə də pis deyil”.

Sevilən sənətkar ürəyinin dayandığını təsdiqləyib: “Yazılanlar düzdür. Elə bir şey oldu, amma indi yaxşıyam. Massajı elə ediblər ki, qabırğalarım zədələnib. Mənim üçün narahat olan hər kəsi öpürəm, qucaqlayıram. Darıxmayın, hələ getməyimə çox var. Bir müddət də sizlərlə olacağam”.