Xalq artisti koronavirusa yoluxdubackend

Xalq artisti koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova koronavirusa (COVID-19) yoluxub.

NOCOMMENT xəbər verir ki, bu barədə apa-ya Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib: “Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyirlər. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”.

Qeyd edək Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə alır.