Xalq artisti nazir müavini təyin edildi – SƏRƏNCAMbackend

Xalq artisti nazir müavini təyin edildi – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin olunub.

M. Hüseynov yeni təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, pianoçu, beynəlxalq müsabiqələr laureatı və Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

M. Hüseynov Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur.