Xalq artisti vəfat etdibackend

Xalq artisti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə axsam.az-a aktyorun yaxınları xəbər veriblər. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasını dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.

Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.