Xalq artistinin qızı: Dünən halı lap pisləşdibackend

Xalq artistinin qızı: Dünən halı lap pisləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Ənvər Həsənov uzun sürən müalicədən sonra sentyabrın 5-də xəstəxanadan evə buraxılmışdı.

NOCOMMENT xəbər verir ki, aktyorun qızı Aytən Həsənova axsam-a açıqlamasında atasının səhhətinin yenidən pisləşdiyini deyib.

O bildirib ki, Ə.Həsənov xəstəxanaya getməkdən imtina edib: “Dünən halı lap pisləşdi. İndi də halsızdır. Axırda güclə bir MRT (maqnit rezonans tomoqrafiyası) tapmışam və növbəyə yazılmışam. Atam xəstəxanaya getməkdən imtina edir, deyir, nə olursa, evimdə olsun. Həkim gəlib yoxlayır, nəzarətdə saxlayır”.

A.Həsənova atasının koronavirus testinin nəticəsindən də danışıb: “Beş gündən sonra testin cavabı neqativ çıxdı. Çox gülməli hal idi. Atam o virusu haradan tutdu və necə sağaldı – anlamadıq. Atamın səhhətindəki problem beynindəki travmadır. O, onu çox zəif saldı”.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunmuşdu. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxmışdı.