Xalq artistinin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilibbackend

Xalq artistinin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini sabit qiymətləndirir”.

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.