Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan məlumat payıaşıb.
Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib.
“Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Az öncə qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşib, hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir”, – Vasif Ayan deyib.
Xalq artisti böyrəyi və ürəyindəki ciddi problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, 74 yaşlı aktyor Ənvər Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.