Xalq yazıçıları təkzib etdilər: Təhqir olmayıb!backend

Xalq yazıçıları təkzib etdilər: Təhqir olmayıb!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.

“Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb”, – Anar deyib.

Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib:

“Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin”, – Abdullayev bildirib.

Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə “sən utanıb ölmürsən” deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.