Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə AYB üzvləri sosial şəbəkə hesablarından məlumat yayıblar.
Bildirilir ki, Xalq yazıçısı 3 gün əvvəl zəhərləndiyinə üçün xəstəxanaya müraciət edib və daha sonra evə buraxılıb. Dünən isə onun vəziyyəti yenidən pisləşib və reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, aprel ayının 7-də Çingiz Abdullayevin 65 yaşı tamam olub.