Xalq yazıçısının qızı Konstitusiya Məhkəməsinin hakimi təyin olundubackend

Xalq yazıçısının qızı Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.

NOCOMMENT-in xəbərinə görə, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı parlamentin bu gün keçirilən iclasında and içib.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.